Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Azyaşlılara siqaret satanlar cərimələnib

Azyaşlılara siqaret satanlar cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimə olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki köşklərdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib. 

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə həmin köşklərin 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokollar tərtib edilib. 

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …