Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Ən yaşlı milli komandaların siyahısı açıqlandı – Azərbaycan neçənci yerdədir?

Ən yaşlı milli komandaların siyahısı açıqlandı – Azərbaycan neçənci yerdədir?

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə milli komandaların yaş ortalaması ilə bağlı araşdırma aparıb.
Araşdırmanın nəticələri “Football Observatory Weekly Post” jurnalının 414-cü buraxılışında dərc olunub.
Araşdırmanın nəticələri əsasında hazırlanan siyahı dünya üzrə 126 assosiasiyanı son bir ildə meydana çıxan böyük kişilərdən ibarət milli komandaların orta yaşına görə sıralayır.
Siyahıya 29,76 yaş ortalamsı ilə Küveyt başçılıq edir. Yaş ortalamsı ən gənc ölkə isə Baham adalarıdır – 22,82 yaş.
Avropada müvafiq yerlərdə Belçika (29,40) və Türkiyə (25,07) milliləri yer alıblar.
Son FIFA Dünya Kubokunun iştirakçıları arasında üç ən aşağı göstərici ABŞ (24,74 yaş), Ekvador (25,78 yaş) və Qanada (25,97 yaş) qeydə alınıb.
Şkalanın digər ucunda Belçikadan sonra Cənubi Koreya (29,01) və Kosta Rika (28,55) dayanır.
Sorğuda iştirak edən hər hansı bir ölkədə yaşı 30 və ya daha çox olan futbolçuların oynadığı dəqiqələrin ən yüksək faizi Küveytdə qeydə alınıb (61,4%).
Yaşı 21 və daha az olan oyunçuların oynadığı dəqiqələrin payına görə, ilk üç Avropa ölkəsi Gürcüstan (30,6%), Lixtenşteyn və İslandiyadır. Şkalanın digər ucunda Qazaxıstan (0,7%), Monteneqro və Yunanıstan var.
Ümumilikdə, 21 və ya daha aşağı yaşda olan oyunçuların dəqiqələrinin payı 10,2%, 22-25 yaşlılar üçün 32,7%, 26-29 yaşlılar üçün 31,5% və 30 yaş və yuxarılar üçün 25,6% təşkil edir.
Siyahıda Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan yığması da var. Millimiz 27,62 yaş ortalaması ilə ümumi siyahıda 47-ci, Avropa zonasında isə 17-ci pillədə qərarlaşıb.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …