Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Vasif Talıbov səs verdi-FOTO

Vasif Talıbov səs verdi-FOTO

Aprelin 11-i müasir müstəqil Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür. Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Naxçıvan Muxtar Respublikasının bütün seçki məntəqələrində canlanma müşahidə olunur. Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, bu il keçirilən Prezident seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə 7 dairə üzrə yaradılan 316 məntəqədə 270 min 716 seçici qeydə alınıb. Onların 129 min 484 –ü kişi, 133 min 390 nəfəri isə qadındır. 1368 nəfər vətəndaş səsvermədə ilk dəfə iştirak edəcək. Naxçıvanda keçirilən seçkiləri cox sayda beynəlxalq və yerli müşahidəçilər də izləyirlər.

Azinforum.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …