Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Sumqayıtda direktor müəllimləri gizli kameraya çəkir – (Foto)

Sumqayıtda direktor müəllimləri gizli kameraya çəkir – (Foto)

Sumqayıt şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin müəllimləri redaksiyamıza ilginc məktub ünvanlayıb.

Təhsil işçiləri adıçəkilən məktəbin direktoru Səlimxanov Bəhruz Ramazan oğlundan şikayətçi olduqlarını qeyd edirlər.

“O, təyin olunduğu gündən etibarən müəllimləri və şagirdləri təhqir edir, müəllimə yaraşmayan söhbətlər edərək, valideynlər arasında anlaşılmazlıq yaradır. Valideynləri, əsasən gənc anaları müxtəlif yollarla aldadaraq, onlardan pul, “məktəb fondu” yığmağı tələb edir.

Və istəyinə nail olur. Lakin işin üstü açılanda bu işdən vaz keçir. Fikirləşib ayrı variant tapır, ayda 2-3 dəfə şagirdlərin biliklərini yoxlamaq məqsədilə test yoxlaması keçirərək, 1 vərəq kağıza 1 manat qiymət qoyur”, – deyə müəllimlər şikayətlənirlər.

Müəllilərin bildirdiyinə görə, gənc direktor işçilərin fəaliyyətini izləmək üçün müəllimlər otağında qanunsuz olaraq gizli kameralar quraşdırıb. Kameralar vasitəsilə müəllimləri izləyir.

Şikayətçilərin iddialarına əsasən müəllimlərə “qan udduran” direktor qanunsuz yolla təhsil alıb. O, Dağıstan Respublikasındakı universitetlərdən birindən köçürmə yolla Elşad Abdullayevin fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetina daxil olub və oranı bitirib.

Qeyd edək ki, haqqında ciddi ittihamlar səsləndirilən direktorun mövqeyini öyrənməyə çalışsaq da onunla əlaqə saxlamaq mümkün olmadı.(azvision.az)

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın