Ana səhifə / Gündəm / General Hüseyn Əlixanovun bacısı oğlu həbs edildi

General Hüseyn Əlixanovun bacısı oğlu həbs edildi

Xəbər verdiyimiz kimi, xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində bu gün həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədliyyə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, həbs edilənlərdən biri – qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Qeyd edək ki, kriminal avtoritetlər Əli Ağaminin və “Qoca” ləqəbli Etibar Məmmədovun qaçışı geniş ictimai rezonans doğurub. Yeri gəlmişkən, virtualaz.org artıq məhbusların qaçışının Penitensiar Xidmətdəki konvoy korrupsiyasının nəticəsi olduğu barədə yazıb.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …