Ana səhifə / Gündəm / Badamdardakı sürüşmə ərazisində villa tikintisinə kimlər icazə verib?

Badamdardakı sürüşmə ərazisində villa tikintisinə kimlər icazə verib?

Bakı Şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisində tikilmiş ev və obyektlərlə bağlı etirazlara aydınlıq gətirən açıqlama yayıb.

Meriyadan Azinforum.az-a  daxil olan məlumata görə, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir:

“Bu tikililər inşası başa çatandan sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilib. Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi vardır. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …