Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Badamdardakı villaların ətrafında quyular qazılır – Fotolar

Badamdardakı villaların ətrafında quyular qazılır – Fotolar

Hazırda Badamdarda sürüşmə baş verən ərazidə quyuların qazılması prosesi gedir. 

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, quyular ərazidə tikilmiş villaların ətrafında qazılır. Qazıntı işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır. Quyulardan suyun səviyyəsinin aşağı salınması məqsədilə istifadə olunacaq. Belə ki, su bu quyulardan nasoslar vasitəsilə çəkiləcək.

Ərazidə evi olan vətəndaş Fərid Axundov iddia edir ki, rəsmilər əvvəllər burada  11 quyunun olduğunu desə də, onların sayı cəmi 7 olub. Onlara da sonradan xidmət göstərilmədiyi üçün işləməyib.

Xatırladaq ki, sürüşmə baş verən gün əraziyə gələn Baş nazirin müavini Hacıbala Abutalıbov qeyd etmişdi ki, buradakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb, sürüşmə isə 42 metr dərinlikdə belə aktivdir.






Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …