Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Ziya Məmmədovun adamı ilə bağlı yeni iddialar – Nazirlə Qulam Ələkbərov arasında gərginlik

Ziya Məmmədovun adamı ilə bağlı yeni iddialar – Nazirlə Qulam Ələkbərov arasında gərginlik

Nəqliyyat naziri Ziya Məmmədovun “Akif Çovdarovu” kimi tanınan və kriminal aləmlə ciddi əlaqələrinin olduğu iddia olunan Qulam Ələkbərovun ikili vətəndaşlığı hakim düşərgədə ciddi rezonas doğurub. Vətəninfo.az-a daxil olan məlumata görə, həm Azərbaycan Respublikasının, həm də Ukraynanın vətəndaşlığını alan və xaricdə böyük biznes şəbəkəsi olan Qulam Ələkbərovla bağlı hüquq-mühafizə orqanları yaxın zamanlarda araşdırmaya başlayacaq. Onun Azərbaycan Respublikasının “Ana Yasa”sı olan Konstitusiyamızı pozması və qanunlarımıza sayğısızlığı yuxarı dairələrdə də ciddi narazılıq yaradıb. Bundan başqa, kriminal aləmin ən əsas fiquru olan Ələkbərovun nazirin kadr siyasətinə nəzarət etdiyi də üzə çıxıb və ciddi qalmaqal yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, problem Ziya Məmmədovla Qulam Ələkbərov arasında da gərginliyə səbəb olub.

Mənbə bildirir ki, bu skandanldan sonra vəzifəsini itirmək qorxusunu gözə alan nazir Ələkbərovu qurban verməkdən belə çəkinmədiyini ifadə edib. Bəs doğrudan, Qulam Ələkbərov nazir üçün kim olub? Mənbə bildirir ki, Ziya Məmmədovun istər iş dünyasında, istərsə də kadr siyasətində əsas adamı məhz Qulam Ələkbərov olub. Onun Ukraynada kriminal aləmlə ciddi əlaqələrə malik olması, böyük biznes şəbəkəsinin yönəticisi olması nazirə xaricdə biznes yaratmaq üün əlavə imkanlar yaradıb. Məlumata görə, ikili vətəndaşlığı olan, habelə qorxusundan qaçıb Ukraynada gizlənən Ələkbərovla bağlı yaranmış situasiya şəxsən nazirin özü ilə bağlı durumu da çətinləşdirib. Bu təhlükə Ələkbərovun kadrları üçün də ciddi problem yaradıb. İddia olunur ki, onun əsas kadrları sırasında Quba, Göyçay, Goranboy və Mingəçevirin icra başçıları da var. Yəni, bu adamları Ziya Məmmədova təqdim edən şəxs Qulam Ələkbərovun olduğu deyilir. Həmin şəxsləri icra başçısı təyin etdirəndən sonra sözügedən şəxsin bu rayon və şəhərlərdə həyata keçirilən tenderlərə nəzarət etdiyi və onun iştirakı ilə reallaşdırdığı vurğulanır. Bildirilir ki, adıçəkilən şəxs Ziya Məmmədovun o qədər «qanına girib» ki, istədiyi işi reallaşdıra bilib.

Nəticədə, bu gün onlarla yarımçıq qalmış milyonluq işlər ortaya çıxıb ki, heç birinin pulu ödənilməyib. Hətta bir çox iş adamlarına olan borcun məbləği bir neçə on milyon manatı keçib. Qulam Ələkbərovun hazırda Ukraynada olması, Azərbaycana gəlməkdən imtina etməsi isə Ziya Məmmədovun işlərini daha da pisləşdirib. Çünki borclular nazirin yaxasından yapışıblar və onunla söhbət etmək istəyirlər. Zatən, yetərli qədər mövqelərini itirmiş nazir bir də sahibkar məsələsinə görə şikayət ediləcəyinin əndişəsini yaşayır. Ona görə ki, indiki həssas məqamda bu məsələdə də adı hallanarsa, sonuncu «qalası» olan kreslosunu da əldən vermiş olacaq. Mənbə onu da bildirib ki, yaxın günlərdə Qulam Ələkbərovun iki vətəndaşlığı ilə bağlı hüquq-mühafizə orqanları ciddi tədbir görə bilər. Mövzunu diqqətdə saxlayacağıq.

Daha ilginc detalları dəqiqləşdirəndən sonra oxuculara təqdim edəcəyik.
Bizi izləyin!

Ziya Məmmədovun adamı ilə bağlı yeni iddialar

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın