Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Yol polisinin maşınını əzən şəxs kimdir?

Yol polisinin maşınını əzən şəxs kimdir?

Bakıda yol polisinin avtomobilinin çəkiclə əzən Şahin Bəylərovla bağlı maraqlı faktlar üzə çıxıb.

Lent.az bildirir ki, hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu, Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən gün oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.

Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, Şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş. Xatırladaq ki, Ş.Bəylərov barəsində 3 maddə üzrə ((xuliqanlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi və əmlakı qəsdən məhv etmə) cinayət işi başlanaraq icraata verilib.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın