Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / YERLİ MƏMURLAR BAXICI VƏ CADUGƏRLƏRİ NİYƏ HİMAYƏ EDİR?

YERLİ MƏMURLAR BAXICI VƏ CADUGƏRLƏRİ NİYƏ HİMAYƏ EDİR?

Azinforum.az-ın bəxtə  baxmaq adı ilə ölkədə fəaliyyət göstərən cadugər və fırıldaqçılarla bağlı apardığı silsilə araşdırmalara ciddi rezonans doğurub. Rəsmi qurumların verdiyi məlumata görə, həmin araşdırmalar zamanı adları çəkilən bir sıra tanınmış cadugərlərlə bağlı ciddi tədbirlər görülüb. Məsələn, Şamaxıda Sveta adı ilə fəaliyyət göstərən baxıcı barəsində konkret hüquqi ölçü götürülüb. Qeyd edək ki, hər dəfə bu məzmunlu materiallar dərc ediləndə redaksiyaya çoxlu sayda müraciətlər olur.  İzləyicilərimiz bizə yeni-yeni baxıcı, cadügər adları verir və bizdən onlarla bağlı da araşdırma aparmağı xahiş edir.

Ötən yazılarımızda daha bir ünvanı göstərmişdik və qeyd etmişdik ki, nədənsə əlaqədar qurumlar Ağsuda Sevinc adlı baxıcının fəaliyyətinə əngəl törətmək fikirində deyil. Həmin məlumatda qeyd etmişdik ki,  Ağsu rayonun bəzi rəhbər vəzifəli işçilərinin ailələri də, həmin xanımın xidmətlərindən genə-bola istifadə edir. Məqalənin dərcindən sonra, Sevinc adlı baxıcının “tərəfdarları” tərəfindən redaksiyamıza zənglər edilməyə başladı. Daha çox öyrədilmiş adam xarakteri bağışlayan həmin şəxslər bizi yalnış məlumat verməkdə ittiham edərək , bildirirdilər ki, Sevinc xanım baxıcı yox, vergili insandır. Hətta bəziləri onun ağır seyid olduğunu belə söylədi.  Belə bir “ittihama”da tuş gəldik ki, bu cür adamlara “ilişən” rəzil olur. 

Redaksiyamıza ünvanlanan vətəndaş “şikayətlərinin” kimin tərəfindən təşkil edildiyini təxmin edirik. Yəqin ki, bu barədə araşdırmamızı təqdim edəcəyik. Ancaq həmin adamların diqqətinə bir faktı çatdırmaq istəyirik ki, biz  qanunvericiliyin imkan verdiyi çərçivələrdə jurnalist fəaliyyətimizlə məşğuluq. Ölkənin ciddi media resursu kimi, biz nə yazdığımızın fərqindəyik. Belə olmasaydı apardığımız araşdırmalar rəsmi qurumları reaksiya verməyə, hərəkətə keçərək konkret tədbirlər görməyə vadar etməzdi. Ağsudakı vəziyyətlə bağlı əlaqədar qurumlara sorğular ünvanlamışıq. Cavab aldıqdan sonra, görülən tədbirlər barədə məlumat verəcəyik.

Azinforum.az bilıdirir ki, qeyd etdiyimiz xarakterli fəaliyyətlə məşğul olmaq Azərbaycan qanunvericiliyi ilə qadağan edilir və hüquqi məsuliyyət yaradır.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın