Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Vaxtından əvvəl doğuşlar yaşı 35-dən çox olan qadınlar arasında qeydə alınır

Vaxtından əvvəl doğuşlar yaşı 35-dən çox olan qadınlar arasında qeydə alınır

Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya İnstitutunda martın sonundan indiyədək 53 vaxtından əvvəl doğuş olub. Virtualaz.org saytı xəbər verir ki, bunu institutun baş həkim əvəzi Hicran Kazımova bu gün keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, xəstəxana əsaslı təmir edilərək martın 27-də istifadəyə verilib. Bu müddət ərzində 393 doğuş olub, ana ölümü isə qeydə alınmayıb. “Vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən çox olan qadınlar arasında qeydə alınır. Onların əksəriyyəti vaxtında müarciət edib həkim müayinəsindən keçmirlər, bəzilərinə preeklamsiya diaqnozu qoyulub”, – H.Kazımov deyib.

Baş həkim əvəzi söyləyib ki, keysəriyyə əməliyyatı edilənlərin əksəriyyəti əvvəl əməliyyat olunanlardır.

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova isə deyib ki, institutda çətin doğuşlar həyata keçirilir. “Bir neçə gün əvvəl 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. Ən çətin əməliyyatları, vaxtından əvvəl doğuşları bizim instituta göndərirlər”, – K.Heydərova deyib.

Tədbirdə o da bildirilib ki, tibbi göstərişlər olmadıqda keysəriyyə əməliyyatı keçirilmir. Xəstənin istəyi ilə əməliyyat aparılmır, xəstədə yüksək təzyiq, preeklampsiya olduqda əməliyyat aparılır.

“Bu il 11 rezident həkim mütəxəssis öz hazırlığını bitirib. Hazırda institutda 33 rezident həkim mütəxəssis hazırlığı aparılır”, – baş həkim əvəzi deyib.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın