Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Vasif Talıbovun malikanəsi bundan sonra qorunmayacaq – Qarovul postu ləğv olundu

Vasif Talıbovun malikanəsi bundan sonra qorunmayacaq – Qarovul postu ləğv olundu

Naxçıvan MR Ali Məclisinin sədri Vaqif Talıbovun şəxsi evinin polislər tərəfindən qorunmasına son qoyulub.

Ovqat.com-un məlumatına görə, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb. Bildirilir ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurmuş. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirmiş.  Dünəndən isə Ali Məclis sədrinin evinin qarşısındakı polis postu ləğv olunub. Evin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Qarovulçu polislərini heyrətləndirən bu əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …