Ana səhifə / Gündəm / BAKININ NİZAMİ RAYONUNU KİMLƏR TALAN EDİR: qanunsuz tiklilər, məhv edilən yaşıllıq zona… – VİDEO

BAKININ NİZAMİ RAYONUNU KİMLƏR TALAN EDİR: qanunsuz tiklilər, məhv edilən yaşıllıq zona… – VİDEO

Bakının Nizami rayonunda sakinlərin öz məhəllələrinə giriş-çıxışları məhdudlaşıb.

Mia.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Videoda qeyd olunub ki, Azər Manafov 8 küçəsində üç binanın yerləşdiyi məhəlləyə altı-yeddi aydır ki, kran qurğusu yerləşdirilib: “Kran altı-yeddi ay olar ki, əraziyə yerləşdirilib. Problem aylardır həllini tapmır. İnsanların həyatı təhlükə altındadır. Dünən hər yeri bağlamışdılar. Maşın saxlamağa yer qalmayıb. Ağaclar tələf olub. Rəsmi icazə olduğunu, hasar çəkəcəklərini söyləyiblər”.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı aidiyyəti qurumlarla əlaqə saxlayıb.

Nizami Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən araşdırma aparıldığı bildirilib:

“Aidiyyəti şöbə bu işlə məşğuldur. Hələ ki araşdırma aparılır. Rəsmi icazə olduğu bildirilib. Hansı tikintinin aparıldığı məlum deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib.

Mia.az onu da xatırladır ki, bir meçəı il əvvələ qədər Nizami rayonunda Qara Qarayev metrostansiyasından ta Xalqlar Dostluğu metrostansiyasına qədər uzanan yolun hər iki trəfi geniş yaşıllıq zona olub. Lakin son illər əsasən şam ağaclarından ibarət olan yaşıllıq demək olar tam məhv edilib, yerində ypndəmsiz restoran və digər obyektlər tiklib. Təbii ki, bunları təsadüfi adamlar etməyib. 

Mia.az xəbər verir ki, bu ərazilərdə həm keçmiş, həm də indiki icra başçılarının xeylisinin obyektləri var. Onlardan bəziləri hətta iş adamlarına “çökərək” şərik olublar. Bir qismi isə övladlarının, həyat yoldaşlarınına adına şadlıq evləri, restoranlar, mağazlar tikdiriblər…

Onların kimliyi ilə bağı araşdırmalarımız davam edir.

https://baku.tv/embed/67072

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …