Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Təhsil nazirinin təhsildən xəbəri yoxdur, məktəblərdə pozğunluq artıb“

“Təhsil nazirinin təhsildən xəbəri yoxdur, məktəblərdə pozğunluq artıb“

“Azərbaycan təhsilini yeni nazir pis günə qoyub”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Siyasətçi iddia edib ki, təhsil müəssisələrində rüşvət baş alıb gedir:

“Azərbaycanda təhil sistemini yeni nazir bərbad günə salıb. Çünki onun təhsildən xəbəri yoxdur. Orta məktəblərdə rüşvət baş alıb gedir. Bu bir gün dərs deməmiş adamdır. Təcrübəsiz olduğu üçün belə acınacaqlı vəziyyət yaranıb”.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın təhsilinə qəsd əli uzadılıb:

“Mən Təhsil naziri olası deyiləm. Sadəcə istəyimiz odur ki, təhsillə bağlı bütün nöqsanlar aradan qalxsın. Xalq arasında böyük narazılıq yaranmasın. Azərbaycanda orta məktəblər, ali təhsil müəssisələri bərbad vəziyyətdədir. Azərbaycanın təhsilinə qəsd əli uzanıb. İstəmirlər ki, azərbaycanlılar savadlı olsun”.

Hafiz Hacıyev əlavə edib ki, təcili Təhsil Nazirliyi haqqında tədbir görülməlidir:

“Bir gün məktəbdə dərs deməyən insandır. Tələbə, şagird anlayışlarını bilmir. Bu adam gələndən məktəbdə pozğunluq baş alıb, gedir. Şagirdlərin əlaqələri bərbad vəziyyətdədir.

Təcili Təhsil Nazirliyi haqqında tədbir görülməlidir. O kürsüdə işini bilən adam oturmalıdır. Bu deyir rüşvəti leqallaşdıraq. Ona ən böyük ordenlərdən birini versinlər ki, sağol orta məktəblərdə hamı “2” alıb. Nə deyə bilərəm ki, artıq deməyə söz qalmıyıb”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …