Ana səhifə / Cəmiyyət / Daha bir universitetdən tələbələrə qəribə qadağa – FOTO

Daha bir universitetdən tələbələrə qəribə qadağa – FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetinə kənardan yemək gətirmək qadağan olunub.
Bununla bağlı “Azərbaycan Universitetləri” səhifəsində foto paylaşılıb.
Həmin elan sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Bəzi tələbələr isə digər universitetlərdə də belə bir qadağanın olduğunu qeyd ediblər.

Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …