Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Suriyadan Türkiyəyə daha 5 raket atıldı – 3 ölü, 10 yaralı – Yenilənib

Suriyadan Türkiyəyə daha 5 raket atıldı – 3 ölü, 10 yaralı – Yenilənib

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.

“Azinforum.az” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub: “Ölənlərin biri müəllim, digəri isə şagirddir. Daha 10 nəfər xəsarət alıb”. 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …