Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Bu nə biabırçı xidmətdir?!!” – “Unibank” müştərisi OD PÜSKÜRDÜ

“Bu nə biabırçı xidmətdir?!!” – “Unibank” müştərisi OD PÜSKÜRDÜ

DİA.AZ: – “”Unibank” bu nə biabırçı xidmətdir?!” Azinforum.az

bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Vəli Quliyev adlı istifadəçi giley edir.



Narazı vətəndaş daha sonra yazır: “Digər bank kartlarını etibarnamə əsasında almaq olar amma “u-card”ı yalnız şəxsin özü almalıdır. Mən başa düşə bilmirəm indi xarici ölkədəyəm fiziki almaq imkanım yoxdur, etibarnamə verdiyim şəxs niyə bunu ala bilməz ?
“u-card”ı alıb sizə xeyir vermək istəyirəm içinə pul qoyum, əməliyyat edim sizdə müştəri qazanmaq əvəzinə deyirsiniz özünüz yaxınlaşın.
Yaxşı təyyarəyə əyləşim bir karta görə gəlim Bakıya alıb geri qayıdaram…
Bir hərdən xarici həmkarlarınıza baxın təcrübə götürün, öyrənin, inkişaf edin.Kanadanın bank kartını bankda almaq lazım deyil.Banka yaxınlaşıb həm sifarişi fiziki həm də onlayn verirsən.Göstərdiyin adresə özləri şəxsən göndərirlər.Aktivləşdir istifadə et.
Yoxsa Azərbaycan bankları adi bir debit kart açmaq üçün nəslivin məlumatlarını ver gəl banka qol çək bunu imzala gözlə sonra növbə götür kart hazır olanda təzədən gəl götür”.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…



Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …