Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Siyəzən Broyler” alıcıları belə aldadır – FOTOLAR

“Siyəzən Broyler” alıcıları belə aldadır – FOTOLAR

Azərbaycanın məşhur broyler şirkətlərindən biri olan “Siyəzən Broyler” istehlakçıları aldadır.
Bunu Moderator.az -a Gəncə şəhər sakini bildirir.
Gəncə sakini şəhərin mərkəzində yeni açılmış “Bravo” marketindən “Siyəzən” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içi buz parçaları ilə doludur. Toyuğun tam donu açıldıqdan sonra içərisindən çıxan buz parçalarının çəkisi 100 qrama qədər olub. Alıcı aldığı məhsulun çəkisində 200 qrama qədər aldadıldığını düşünür.
Şikayətçi iddia edir ki, şirkət bu yolla məhsulun çəkisini məqsədli şəkildə artırmaqla, alıcılarını aldadır.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …