Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / İcra başçısından harın hərəkət – FOTOLAR

İcra başçısından harın hərəkət – FOTOLAR

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib.

Unikal.org-un məlumatına görə, R.Babaşov Xocalı abidəsini ziyarət edərkən yağışdan qorunmaq üçün mühafizəçisinin çətir tutduğu foto əks olunub.

Əslində havanın necə olmasından aslı olmayaraq, hüzn mərasimlərində, anım tədbirində rəsmi şəxslər şlyapa və çətirdən istifadə etməməlidirlər.
Bu fotoda yerli məmurların təvazökar ola bilməməsi, məhz dövlət başçısı tərəfindən dəfərlərlə sadə, əhali arasında səmimi olmaları barədə tapşırıqlar verilsə də, nədənsə bəzən icra başçıları özlərini krallar kimi aparırlar.

Salyanın sabiq icra başçısı da bir zamanlar özünü qədim krallara bənzətmişdi…

Qazax icra başçısının çətir tutanı var
Qazax icra başçısının çətir tutanı var
Qazax icra başçısının çətir tutanı var

 

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …