2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.
Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.
Belə
ki, yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA
73 qeydiyyat nişanlı “VAZ 21 08” markalı minik avtomobili Elnur
Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA
Cadenza” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır/Report.
Həmçinin oxuyun
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …