Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Milli Qəhrəmanlar Şamaxının Sabir qəsəbə məktəbində tədbir keçirib – VİDEO

Milli Qəhrəmanlar Şamaxının Sabir qəsəbə məktəbində tədbir keçirib – VİDEO

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən tam orta məktəbdə tədbir keçirilib. Bu barədə məlumatı Azinforum.az saytına Birliyin sədri Elşən Uluxanlı verib. Onun sözlərinə görə, tədbirdə üç Milli Qəhrəman: Zabit Quliyev,Bəxtiyar Allahverdiyev və Vahid Quliyevlə yanaşı, İctimai Birliyin fəalı və tədbirin əsas təşkilatçılarından olan

Ədalət Kalbalıyev də iştirak edib. Elşən Uluxanlının sözlərinə görə, görüş həm qonaqların, həm də şagirdlərin böyük marağına səbəb olub: “Milli qəhrəmanlar şagirdləri maraqlandıran çoxsaylı suallara cavab verdilər, məktəblilərə keçdikləri şərəfli döyüş yolundan danışdılar. Tədbirin sonunda milli qəhrəmanlar özləri ilə gətirdikləri diplomları məktəbin direktoru və idman yarışlarında fərqlənən şagirdlərinə təqdim etdikdən sonra , xatirə şəkilləri çəkdirildi”. İctimai Birlik sədri bildirdi ki, onlar yaradılan şəraitə görə, rayon rəhbərliyinə və sözügedən məktəbin direktoru Gülnurə Babaşovaya minnətdarlıqlarını ifadə ediblər. Azinforum.az keçirilən tədbirlə bağlı Milli Qəhrəmanlar İctimai Birliyi tərəfindən redaksiyamıza təqdim olunan videomaterialı tədim edir.

 

 

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …