Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Körpəlikdə necə davranırsa, gələcəkdə də elə olur

Körpəlikdə necə davranırsa, gələcəkdə də elə olur

Amerikalı alimlər hesab edirlər ki, yeni doğulmuş körpənin davranışı onun gələcəkdə necə insan olacağı haqda məlumat verə bilər. Ekspertlər ABŞ-da son onillik ərzində arapdıqları tədqiqatlardan sonra bu nəticəyə gəliblər. Belə ki, alimlərin fikrincə, körpənin ilk aylarda göstərdiyi davranış xüsusiyyətlərinin onun gələcək şəxsiyyətində də yaranacağı ehtimalı böyükdür.

Son 10 il ərzində amerikalı alimlər 135-dən çox körpənin böyüməsini və inkişafını müşahidə ediblər. Hər altı aydan bir onlar uşaqları müəyyən testlərdən keçirərək, ilk müşahidə zamanı əldə edilən nəticələrlə müqayisə ediblər.

Körpələr üç qrupa bölünüb: temperamentlərinə görə “çətin” və “asan” olanlar, üçüncü qrup isə “asta inkişaf edən temperament” adlandırılıb. Eksperimentin nəticələrinə görə, uşaqların 90%-i ilk aid edildiyi qrupda da qalıb. Beləliklə, alimlər müəyyən ediblər ki, həqiqətən də uşaqların körpəlikdə göstərdikləri davranışlara görə onların gələcək davranışlarını da müəyyən etmək mümkündür.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın