Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Eldar Mahmudovun oğlunun holdinqi: “Yaguar”lar, “Range Rover”lər, elit şərablar…

Eldar Mahmudovun oğlunun holdinqi: “Yaguar”lar, “Range Rover”lər, elit şərablar…

Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil.

2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.

Anar Mahmudov

“Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

“Marja”nın araşdırması nəticəsində məlum olub ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı.

“Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılıb.

“Wine City”nin mağazası

Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştəriləri üçün nəzərdə tutulub.

“Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

“Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazaları fəaliyyət göstərir.

“Beluga” restoranı

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” şirkəti “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

Azərbaycanda “Range Rover”, “Yaguar”, “Maseratti” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqinə bağlıdır.

“Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.

virtualaz.org

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın