Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Bakının yeni meri Azad Rəhimov ola bilər

Bakının yeni meri Azad Rəhimov ola bilər

Bu gün Milli Məclisin növbədənkənar iclasında Prezidentin təqdimatı əsasında  yeni Baş nazirin seçiləcəyi gözlənilir. Bildirilir ki,  bu vəzifəyə təyinat reallaşandan sonra, məmurlar arasında müəyyən  yerdəyişmələrin olacağı da istisna deyil. Azinforum.az dəqiqləşdirib ki, belə transverlərdən biri də Bakı meri Hacıbala Abutalıbovla bağlı reallaşacaq. Onun yeni Baş nazirin müavinlərindən biri olacağı gözlənilir. Belə olacağı halda, Bakının meri vəzifəsi vakant qalır. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Bakının yeni meri olmağa indiki gənclər və idman naziri Azad Rəhimovun şansı yüksək qiymətləndirilir.

Azinforum.az

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …