Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Azərbaycan vətəndaşları Türkiyədən 6 mln. manata yaxın alış-veriş edib

Azərbaycan vətəndaşları Türkiyədən 6 mln. manata yaxın alış-veriş edib

Xarici ölkə vətəndaşlarının Türkiyədə etdiyi alış-verişin həcminə görə Azərbaycan vətəndaşları ilk onluqdadır.

“APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Global Blue – Türkiye”nin açıqladığı hesabatda azərbaycanlıların bu siyahıda 6-cı pillədə olduğu öz əksini tapıb.

Belə ki, cari ildə Türkiyəyə Azərbaycan vətəndaşları qardaş ölkədə 11 mln. 800 min türk lirəsi (5 mln. 700 min manat) həcmində alış-veriş ediblər.

Bu il ərzində Türkiyədə ən çox alış-veriş edən xarici ölkə vətəndaşları isə Səudiyyə Ərəbistanındandır. Belə ki, bu ölkənin sakinləri Türkiyədən 31,9 mln. lirə (15,4 mln. manat) həcmində ticari əməliyyat həyata keçiriblər. Alış-verişin həcminə görə, 24,5 mln. lirə (11,9 mln. manat) ilə Küveyt siyahıda ikinci, 21 mln. lirə ilə (10,1 mln. manat) İran üçüncü yerdə qərarlaşıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın