Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Əlbəyaxa dava ilə gündəmə gələn “Landau School”un sahibi kimdir? – FOTOLAR + DOSYE

Əlbəyaxa dava ilə gündəmə gələn “Landau School”un sahibi kimdir? – FOTOLAR + DOSYE

Xəbər verdiyimiz kimi, dünən “Landau School” özəl məktəbinin “Bayıl” korpusunun həyətində baş verən mübahisə valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında davaya səbəb olub.
Yeniavaz.com xəbər verir ki, cəmi 2 ildir fəaliyyət göstərən “Landau School” özəl məktəbi artıq paytaxtın mxtəlif ərazilərində filiallar aça bilib.
Məlumat üçün bildrək ki, “Landau School” Ümumi Təhsil Qapalı Səhmdar Cəmiyyəti (QSC) 09.04.2018-ci ildə dövlət qeydiyyatına alınıb. 02.05.2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilib.
Açıqlanan rəsmi məlumatlarda “Landau School”un qanuni təmsilçisinin Timur Leznik Yefimoviç olduğu bildirilir. “Landau School”un həmtəsisçilərindən biri də Emil Leznikdir. EmiL və Timur Leznik qardaşları 2018-ci ildə eyni zamanda “Leznik and Company” MMC təsis ediblər.
Emin Leznik bu ilin əvvəlində mətbuata verdiyi müsahibədə bildirib ki, onların Azərbaycanın Xalq artisti, Rusiyanın ən böyük şirkətlərindən birinin – “Crocus Group”un vitse-prezidentidi Emin Ağalarov ilə birlikdə “LANDAU Sea Breeze” adlı layihələri var: “Layihəyə əsasən “Sea Breeze” kompleksində bir neçə korpusumuz fəaliyyət göstərəcək. Yaxın zamanlarda burada ilk korpusumuzun inşası yekunlaşacaq. Həmin korpusda “PreSchool” və ingilis bölməsinin bütün sinifləri yerləşəcək”.
İllik təhsil haqqının 8 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə Yefim Leznikdir.
Qeyd edək ki, Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar.
2007-ci ildə Heydə Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Xabad Or-Avner” məktəbinin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.
2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub.

dia.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …