Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm /  YÜZ MİN MANATLIQ  İDMAN AVTOMOBİLİNƏ “AA” SERİYASINI KİM VƏ NİYƏ VERİB? – FOTO

 YÜZ MİN MANATLIQ  İDMAN AVTOMOBİLİNƏ “AA” SERİYASINI KİM VƏ NİYƏ VERİB? – FOTO

Azinforum.az-ın əməkdaşları Bakıdakı bahalı otellərdən birinin dayanacağında gördükləri  idman avtomobili sayılan “Chevrolet Corvette”nin fotosunu çəkiblər. Həmin avtomobilin sahibinin kim olması və otelə hansı məqsədlə kəlməsi bizim üçün önəmli deyil. Diqqətimizi avtomobilin dövlət nömrə nişanınında olan seriyası çəkdi. Məlum olduğu kimi “AA” seriyası xidmətin avtomobillərə verilir. Bu idman maşınından   hansısa nazirin və ya başqa yüksək vəzifəli şəxsin xidməti avtomobil kimi istifadə etməsi də inandırıcı görünə bilməz.  

Azinforum.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, 60 AA 050  dövlət nömrmə nişanlı  bu idman avtomobilini Kamal adlı bir gənc oğlan tərəfindən idarə olunur. Həmçinin  məlum olub ki, avtomobilin qiyməti 100 min manatdan artıqdır. Maraqlıdır, Kamal kimdir ki, onun  öz şəxsi məqsədləri üçün istifadə etdiyi idman avtomobilinə xidməti seriyalı dövlət nömrə nişanı verilib?  Bu xüsusi imtayızın göstəricisidirsə, tam qanunsuzdu.  Yox, maşın doğurdan da hansısa dövlət qurumunun balansındadırsa, onda bizim üçün maraqlıdır ki, belə yüksək sürət eşqilə alışıb yanan məmur kimdir? Təəssüflər olsun ki, Dövlət Yol Polisinin əlaqədar qurumlarından bu suallarımıza cavab ala bilmədik. Qeyd edək ki, 60-la başlayan nömrə  seriyası Tovuz rayonuna məxsusdur.  Mövzuya qayıdacayıq…

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın