Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Xərçəng xəstələrinə yeni ümid – İmmunoterapiya (VİDEO)

Xərçəng xəstələrinə yeni ümid – İmmunoterapiya (VİDEO)

Növbəti xəbərimiz xərçəng xəstələrini daha çox maraqlandıracaq. Çünki İngiltərəli alimlərin yeni ixtirası bu xəstələr üçün ümid ola bilər. Belə ki, onlar kimyaterapiya əvəzinə iki dərmanı bir yerdə xərçəng xəstələri üzərində istifadə etdilər və müsbət nəticə aldılar.
Dəri xərçənginin müalicəsində yenilik. İngilis elm adamlarının yeni kəşfi gündəmi zəbt edib. Kimyaterapiyanı tarixə qovuşduran və minlərlə xərçəng xəstəsini sevindirən üsulun adı İmmunoterapiyadır. Cəmi iki dərmanı eyni vaxtda qəbul etməklə xəstəliyin müalicəsinde effektiv nəticə almaq mümkündür. İndiyə qədər bu dərmanların istifadə olunduğu dəri xəstələrinin 60%-də bədxassəli şişin ölçüsü kiçilib və ya nəzarət altına alınması mümkün olub.
Bədənin immunitet sistemi infeksiyalara qarşı ən təsirli silah hesab olunur. Ancaq bədənin öz hüceyrələrinə təsir etməsinin qarşısını alan bəzi mexanizmlər var. İmmunoterapiya müalicə üsulunda immun sistemi xərçəng hüceyrələrini də tanıyaraq yox edir.
Elm adamları immunoterapiyanın yaxın 5 il ərzində xərçəngin standart müalicə üsulu olan kimyaterapiyanın yerini tutacağını proqnozlaşdırırlar. Yeni üsulun əks təsirləri kimyaterapiyadan az olsa da, xəstələrdə yorğunluq, dəridə qızartılar və ya ishal halı qaçılmaz ola bilər. /Xezerxeber.com/

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …

Bir cavab yazın