Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Qusar rayon rəhbərliyindən şikayət var… – FOTOLAR

Qusar rayon rəhbərliyindən şikayət var… – FOTOLAR

Teref.info saytında gedən Qusar icra başçısı Şair Alxasovun vətəndaşlara qarşı etdiyi qanunsuzluqlarla bağlı yazımızın təsdiqini Qusar şəhər sakini saytımıza göndərib.Onunla teref.info olaraq sizi tanış edirik:
Teref İnfo qəzətində dərc edilmiş 28.10. 2016-cı il tarixli Qusar RİHJB-sı Şair Alxasovun vəzifəyə gəlməsində Pirverdiyevin misilsiz xidmətləri olub adlı məqaləni oxuyaraq, həmin məqalədə mənim barəmdə yazılan bütün xüsusatları təsdiqləməklə, qəzətin rəhbərliyindən Qusar RİHB-sı Şair Alxasov tərəfindən mənə qarşı edilmiş cinayət tərkibli hərəkətlərinin işıqlandırmasını xahiş edirəm.
Qusar rayonun Samur qəsəbəsində əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə . mənə qanunauyğun olaraq. fərdi yaşayış evin tikilməsi məqsədilə, Qusar rayonun Samur qəsəbəsi ərazisindən verilmiş 0,10 ha torpaq sahədə 1992-1993-cü illərdə tikdiyim 5 otaqlı yaşayış evim, 2 otaqlı hamam binası. 2 otaqlı yardımçı bina, 02.06.2010-cu il tarixdə , məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb göstərilmədən, hətta söküntü vaxtı iştirakım təmin edilmədən, Qusar RİH-nin başçısı Şair Alxasovun şifahi tapşırığı əsasında, İH-in 1-ci müavini Şahid Fərəməzov, Nadirşah Məmmədov, İH-in sabiq agrar məsələlər üzrə müavini Elşad Əlimuradov, Mahir Mustafayevin rəhbərliyi ilə, Qusar RPŞ-nin Samur PB-nin sabiq rəisi Ədalət Qafarov, həmin bölmənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Laçın Hacıyev, sahə müvəkkili Ceyhun Cumartov, Qusar RİH başçısının Samur inzibati ərazisi üzrə səlahiyyətli nümayəndəsi Elxan Babayev, Samur bələdiyyəsinin sabiq sədrləri Hidayət Mürsəlov, Ramiz Mürsəlovun iştirakı ilə Samur -Həzrə magistral yolun tikintisinə ezam olunmuş, Bakı şəhəri, Novxanı kənd sakini Hümbətov Polad Səfər oğlu tərəfindən idarə edilən ekskavatordan qanunsuz istifadə edilməklə sökülmüş, bütün əmlakım qəsdən məhv edilməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulum oğurlanmaqla Azərbaycan Respublikası CM-nin 157, 177,2.3, 186.2.1, 308.1, 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkət edilmişdir, Mənə qarşı edilmiş ədalətsizliklə əlaqədar Azərbaycan Respublikasının hörmətli prezidenti İlham Əliyev cənablarına, Baş prokuror Zakir Qaralov cənablarına, DİN-i Ramil Usubov cənablarına, Azərbaycan Respublikasının birinci xanımı , Milli Məclisin deputatı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının İnsan Hüquqlarının Qorunması Üzrə Müvəkkili Ombudsman Elmira xanım Süleymanovaya, Qusar rayon prokuroru Zahid Vəliyev cənablarına, müraciət edilsə də. müraciətlərim aidiyyatı üzrə icra edilməsi məqsədilə, Qusar RİH başçısı Şair Alxasova və Qusar rayon prokurorluğuna göndərilsə də, onlar tərəfindən həmin tapşırıqlara heç bir əhəmiyyət verilmədən, rəhbər organların tapşırıqları icra edilmədən arxivə göndərilmişdir. Qusar RİH başçısı Şair Alxasov İH-in şöbə müdirin iştirakı ilə 2 dəfə qəbul edərək evimin söküntüsünə tapşırıq vediyini təsdiqləsə də, mənə vurulmuş zərərə görə kompensasiya ödənilməsini təmin etməyərək, mənə hədə-qorxu gəlmək məqsədilə, Qusar rayon prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verməklə, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, onları bilərəkdən aşmaqla, mənə qarşı əsasız ittihamlar toplamaqla, məni əsasız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə əsasız təqsirləndirilməklə cinayət işi başladaraq materialları Qusar rayon məhkəməsinə göndərmişdir. 3 il ərzində Qusar rayon məhkəməsinin ədalətli, haqqı həmişə dəstəkləyən, müdafiə edən , hal-hazırda Sumqayıt Apellyasiya məhkəməsində işləyən Hörmətli, Telman Məmmədov cənabları qanunsuzluğa yol vermədən, Qusar RİHB-nın bütün təsir-təzyiq, göstərişlərinə baxmayaraq, qanunsuz tapşırıqları icra etmədən, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənabları tərəfindən ona etibar etdiyi HAKİMLİK vəzifəsini hər şeydən üstün tutmaqla Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə, cinayət hadisəsi olmaması əsası ilə mənə bəraət vermişdir.Həmin hökm Azərbaycan Respublikasının Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyalarının müvafiq qərarları ilə qüvvəsində saxlanılmışdır. Mənə vurulmuş zərərə görə , təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə organlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyə əsaslanmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə , Dövlət büdcəsindən mənə 1700 manat məbləğində vəsait təzminat şəklində ödənilmişdır. Göründüyü kimi, yuxarıda qeyd etdiyim sübutlara görə tələbim əsaslı və qanunidir. Qusar RİH-nə qarşı. evimin qanunsuz sökülməsi ilə əlaqədar, mənə vurulmuş maddi və mənəvi zərərin tələb edilməsi tələbi ilə Qusar RİH-nə qarşı 332000 manat dəyərində mülki iddia qaldırılmış və hal-hazırda da məhkəmə baxışları davam etməkdədir.Daha sonra teref.info-ya yazan şikayətçi yazır: Yaşayış evimi qanunsuz sökməkdə təqsirkar hesab etdiyim Qusar RİHB-sı Şair Alxasov, vəzifəli şəxslər Şahid Fərəməzov, Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayevin cinayət tərkibli hərəkətləri Qusar rayon prokurorluğun prosesual rəhbərliyi ilə Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısI, polis kapitanı Xəqani Dadaşov tərəfindən araşdırılır, Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı, pols kapitanı Xəqani Dadaşov 17.11.2015-ci il, 21.04.2016-cı il, 15.08.2016-cı il, 01.10.2016-cı il tarixli.qərarları ilə şikayətlərimi təmin etmədən, cinayət tərkibli hərəkət etməklə, bütün əmlakımı qəsdən məhv etməklə. külli miqdarda pulumun oöurlanmasına şərait yaratmış vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə etməklə, cinayət işinin başlanmasının rədd edilməsi barədə ədalətsiz, Konstitusiya hüquqlarımızı qorumayan qeyri obyektiv qərarlar qəbul etmişdir. Həmin qərarlar Qusar rayon məhkəməsinin 23.11.2015-ci il, 05.09.2016-cı il, 24.10.2016-cı il, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.02.2016-cı il, 31.05.2016-cı il tarixli qərarları ilə ləğv edilərək, materiallar təkrarən araşdırılması məqsədilə. təhqiqata prosesualrəhbərliyi həyata keçirən Qusar rayon prokurorluğuna qaytarılmışdır. Bütün hallarda Qusar rayon prokuroru Zahid Vəliyev cənabları Qusar RİHB-SI Şair Alxasov , digər vəzifəli şəxslərin qanunsuz hərəkətlərini bilərəkdən müdafiə etməklə, Qusar RPŞ-nin Samur PB-nin təhqiqatçısı, polis kapitanı Xəqani Dadaşova şərait yaratmamaqla, onun işinə əsasız müdaxilə etməklə, haqlı və əsaslı iddia tələbimin təmin edilməsinə maneçilik yaratmaqdan əl çəkmir.Qusar rayon məhkəməsi, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri hüquqlarımızı qorumaqla, ədalətli qərarlar qəbul etməsinə baxmayaraq, Qusar rayon prokuroru Zahid Vəliyev cənabları yaşayış evimi məhkəmənin qərarı olmadan, qanunsuz ekskavatorla sökməklə.evimdəki 30000 manat. 8000 ABŞ dollar pulumu n oöurlanmasına şərait yaratmaqla, Azərbaycan Respublikası CM-nin 157, 177.2.3, 186.2.1, 308.1, 309.1-ci maddələrdə nəzərdə tutulmuş cinayət tərkibli hərəkət etməkdə təqsirkar hesab etdiyim vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini müdafiə etməkdən əl çəkmir.Müraciətlərim İNTERAZ TV-də 2013-cü il tarixdə, evi sökülən Qusar sakinin fəryadı başlığı altında, iddia məhkəmənin qərarı olmadan ev sökülür. ATV TV-də, Qafqazinfo və digər KİV-i vasitəsilə geniş ictimaiyyətə çatdırılmışdır. Hesab edirəm ki. Azərbaycan Respublikasının qanunvericilik tələblərini bilərəkdən pozan, Azərbaycan Respublikasının hörmətli, ədalətli, xalqımız tərəfindən həmişə sevilən, Ölkə prezdentinin tapşırıqlarını, tövsiyyələrini icra etməyən. vəzifəli şəxslər kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısına cavabdehlik daşımaqla cinayət məsuliyyətinə cəlb edilməlidir.
Qusar şəhəri Hacıməhəmməd küçəsi, ev 10.
Azinforum.az  olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!

Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...
Qusar rayon rəhbərliyindən şikayət var...

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın