Çərşənbə , May 22 2019
Ana səhifə / Gündəm / Polis Vahid Ələkbərovla maraqlanır

Polis Vahid Ələkbərovla maraqlanır

Avropa İttifaqının bəzi ölkələrində Rusiyanın “LUKOil” şirkətinin prezidenti Vahid Ələkbərovun barəsində təhqiqat gedir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda “The Moskow Post” qəzeti yazıb.

Bildirilir ki, tezliklə azərbaycanlı neft maqnatına qarşı bəzi ölkələr tərəfindən rəsmi ittihamlar irəli sürülə bilər. Bu, “LUKOil”un mərhum vitse-prezidenti Vitali Şmidtin aktivlərinin “ələ keçirilməsinə” dair onun qohumları tərəfindən irəli sürülən iddialarla əlaqəlidir.

Xatırladaq ki, bu, “LUKoil”la bağlı ilk beynəlxalq qalmaqal deyil. Bir neçə gün əvvəl Rumıniyada “LUKoil”un törəmə şirkətlərindən birinin 2 milyard avroluq aktivlərinə həbs qoyulduğu haqda xəbər yayılıb.

Qəzet yazır ki, tezliklə Almaniya polisi də Ələkbərovun “qaranlıq işləri” haqda araşdırma başlada bilər. Çünki “LUKoil”un 1997-ci ildə qəfil ürək tutmasından ölən, vəsiyyət yazmağa imkan tapmayan vitse-prezidenti Vitali Şmidt Almaniya vətəndaşı olub, onun aktivlərinin “reyder üsulu” ilə ələ keçirildiyinə dair ciddi şübhələr var.

V.Şmidtin qohumları 15 ilə yaxındır onun aktivlərini geri qaytara bilmək üçün məhkəmə çəkişmələrindədir.

“Mümkündür ki, əgər Almaniyanın və digər Avropa ölkələrinin hüquq-mühafizə orqanları “lukoilçular” tərəfindən Avropa ədalətinin mərhum Şmidtin aktivlərinin ələ keçirilməsi üçün istifadə edildiyini öyrənsələr, şəxsən cənab Ələkbərovla Avropa İttifaqı ölkələrinin polisi maraqlanacaq”– deyə qəzet yazır.

Xatırladaq ki, bu qalmaqal barədə virtualaz.org saytı həmin “The Moskow Post” nəşrinə istinadən bir müddət əvvəl yazıb. V.Şmidtin aktivlərinin Vahid Ələkbərovun adamları tərəfindən necə ələ keçirilməsindən bəhs edən bu məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

Həmçinin oxuyun

Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room …

Bir cavab yazın