Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Polis rəisinin möhtəşəm sərvəti: restoran, broyler, qoyun sürüsü… – FOTOLAR (Şikayət)

Polis rəisinin möhtəşəm sərvəti: restoran, broyler, qoyun sürüsü… – FOTOLAR (Şikayət)

“Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Tahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bizim ailənin 7250 ( yeddi min iki yüz əlli) manat pulunu vermir mənimsəyib”.

Bu sözləri Mia.az-a şikayətində Ucar rayonu Qazyan kənd sakini İlyas Əhmədov deyib. Onun sözlərinə görə, bu ilin yanvar ayı tarixində polis rəisi Tahir Quliyevə məxsus  Bərdə rayonu ərazisində yerləşən möhtəşəm “Qızıl balıq ” otel-restoranının tikntisinin kafel-metlaq və taxta işlərini aparıblar:
“5 hektardan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kiçik evlər (domiklər), çoxlu sayda “besedka”ların bütün kafel, metlax və taxta işlərini gördük. Atam, mən və iki qardaşım 6 ay burada gecə-gündüz zəhmət çəkib işlədik. Polis rəisindən pulumuzu istədikdə isə üstümüzə qışqırıb, bizi həbs etdirəcəyi ilə hədələyib qovdu. Pulumuzu vermədi.
Biz ustayıq bu tikinti işi çox geniş olduğundan özümüzlə Ucar rayonundan Bərdəyə 10 nəfər fəhlə də aparmışdıq. Polis rəisi pullarımızı vermədiyi üçün məcbur olub “Ford” markalı şəxsi avtomobilimizi  5500 manata satıb fəhlələrin pulunun bir hissəsini  verdik, bir hissəsi isə qaldı. İndi isə çıxılmaz vəziyyətdə qalmışıq. Çünki fəhlələri biz aparmışdıq, onların pulunu verməliyik, hələ öz zəhmət haqqımızı demirik. Düz 6 ay polis rəisinə möhtəşəm bir otel-restoran inşa etmişik.
Qeyd edim ki, Tahir Quliyev bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin rəisi idi, bu ilin  iyun ayında Oğuz RPŞ-nə rəis təyin edilib.Tahir Quliyev əslən Bərdə rayonundandır. İmkanı da çox-çox genişdir. 10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var. Ancaq bu boyda imkanlarının olmasına baxmayaraq, bizim haqqımızı yeyib, haramlıq edir. Ailəmiz bu barədə Prezidentə, Ramil Usubova və digər ali orqanlara şikayət ərizəsi yazıb göndərib kömək etmələrini xahiş etmişik. Biz mətbuat vasitəsi ilə də  Prezident cənab İlham Əliyevə və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib, xahiş edirik, miliyonlarla manat var-dövləti olan Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Tahir Quliyevin bizə olan borcunun almağımıza köməklik edəsiniz. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib özbaşınalıqlar, qanunsuzluqlar  edən polis rəisi barəsində qanunu tədbirlər görəsiniz. Bir daha xahiş edirik bizə bu işdə yaxından köməklik göstərin”.
Qarşı tərəfin də mövqeyini  dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın