Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Gündəm / Nazirlikdə yoxlama başladı – Müdhiş korrupsiya faktı açıqlandı (Siyahı)

Nazirlikdə yoxlama başladı – Müdhiş korrupsiya faktı açıqlandı (Siyahı)

“Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsidə baş verən özbaşınalıqlar barəsində şikayətlər dərc olunur. Amma çox təəssüf ki, nə Hacıbala Abutalıbov, nə də Əbülfəs Qarayev minlərlə mədəniyyət işçilərinin narazılıqlarına və haqlı şikayətlərinə reaksiya vermirlər. Buna görə də neqativ hallar günü-gündən artır. Bu isə mədəniyyət işçilərinin bu sahənin rəhbərlərindən narazılığını şiddətləndirir”.

Azinforum.az xəbər verir ki, bunu Strateq.az-a sözügedən idarənin əməkdaşları deyiblər.

Onların sözlərinə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev şübhəli tenderlər vasitəsilə dövlət büdcəsindən İdarəyə ayrılan küllü miqdarda vəsaiti təyinatından yayındırır.

İddialara görə, İdarənin 1 və 2 saylı Maliyyə və İqtisad Regional bölmələri tərəfindən uzun illərdir direktorlara məcburi maliyyə sənədləri imzalatdırılır. İmzalanan sənədlərdə dəyəri yüz min manatlarla olan inventar və avadanlıqların, xidmətlərin heç 1 faizi direktorlara verilmir.

Məsələn, təkcə 2015-ci ilin may ayınadək  keçirilən tenderlərdə həmin bu yalançı MMC-lər vasitəsilə görülən işlərə və alınan mallara baxaq:

1. Kommunal və kommunikasiya işlərinin satın alınması – 34.341 manat (qalib – “Tac-2014” MMC)

2. Kommunal və kommunikasiya işlərinin satın alınması – 120.511 manat (qalib – “Tac-2014” MMC)

3. Cari təmir işlərinin satın alınması – 44.318 manat (qalib – “Tac-2014” MMC)

4. Cari təmir işlərinin satın alınması – 236.627 manat (qalib – Tac-2014” MMC)

5. İdarənin digər xərcləri üzrə satınalmalar – 47.310 manat (qalib – SRS-Company MMC)

6. Mətbəə xərcləri üzrə satınalmalar – 19.294 manat (qalib – SRS-Company MMC)

7. Avadanlıqların satınalınması – 11.060 manat  (qalib – SRS-Company MMC)

8. Sair xərclər üzrə satınalmalar – 9.324 manat (qalib – SRS-Company MMC)

9. Digər maşın və avadanlıqların satınalınması – 173.863 manat (qalib – SRS-Company MMC)

10. Dəftərxana və təsərrüfat mallarının satın alınması – 94.551 manat (qalib – SRS-Company MMC)

11. İdarənin digər xərcləri üzrə satınalmalar – 52.448 nanat (qalib – SRS-Company MMC)

12. Bərk inventarların satın alınması – 233.007 manat (qalib – SRS-Company MMC)

13. Yumşaq inventarların satın alınması – 78.001 manat (qalib – SRS-Company MMC)

14. Mətbəə xərcləri üzrə satınalmalar – 20.805 manat (qalib – SRS-Company MMC)

15. Digər alış və xidmətlərin satın alınması – 83.204 manat (qalib – SRS-Company MMC)

16. Sair xərclər üzrə satınalmalar – 103.627 manat (qalib – SRS-Company MMC)

17. Digər alış və xidmətlərin satın alınması – 298.658 manat (qalib – SRS-Company MMC)

18. Digər maşın və avadanlıqların satın alınması – 173.883 manat (qalib – SRS-Company MMC)

19. Dəftərxana və təsərrüfat mallarının satın alınması – 90.209 manat (qalib – SRS-Company MMC)

20. Yumşaq inventarların satın alınması – 74.335 manat (qalib – SRS-Company MMC)

21. İnventarların satın alınması – 159.034 manat (qalib – SRS-Company MMC)

22. Avadanlıqların satın alınması – 107.569 manat (qalib – SRS-Company MMC)

Göründüyü kimi, sadalanan tenderlərin qalibləri  şübhəli şəkildə yalnız iki MMC olub.

Məlumat üçün deyək ki, bu MMC-lərdən biri – “Tac-2014” MMC 2014-cü ilin sentyabr ayının 8-də Cavid Adıgözəl oğlu Əliyevin adına dövlət qeydiyyatından keçib. Qanuna əsasən isə yeni aradılan MMC 5 il fəaliyyət göstərdikdən sonra tenderdə iştirak edə bilər. Amma qeyd olunan bu MMC təsis olunduqdan bir neçə ay sonra idarənin elan etdiyi tenderlərdə iştirak edərək toplam 435 min 797 manat həcmində maliyyə əməliyyatları edib.

Digər MMC – “SRS-Company”  MMC-yə gəldikdə isə, bu müəssisədə 2014-cü ilin sentyabr ayının 12-də İlqar Mirzə oğlu Məmmədovun adına dövlət qeydiyyatından keçib. Bu MMC isə idarənin elan etdiyi tenderlərdə şübhəli qalib olaraq, toplam 1 milyon 830 min 182 manat həcmində maliyyə əməliyyatlarında iştirak edib.

Strateq.az xəbər verir ki, sadalalan faktlar 2105-ci ilin ilk 3-4 ayı ərzində ayrılan vəsaitlərdir.

Xatırladaq ki, Əlikram Əliyev isə 2008-ci ildən İdarənin rəisidir. Bu isə  milyonlarla vəsaitin qaranlıq taleyinin araşdırılmasını gündəmə gətirir.

Məlumatda o da bildirilir ki, 1 aya yaxın Hesablama Palatası tərəfindən İdarədə yoxlamalar aparılır. İdarənin rəisi bu yoxlamadan ciddi narahat olmağa başlayıb. Onun hətta mayın 4-də iclas çağırıb, yoxlama və onun gözlənilən nəticələrindən narahatlıq keçirməsini büruzə verdiyi də iddia olunur.

Bu və ya digər məqamlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın