Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Gündəm / Jurnalistlərə bu il hansı kriteriyalara ev veriləcək? – Vüqar Səfərli

Jurnalistlərə bu il hansı kriteriyalara ev veriləcək? – Vüqar Səfərli

“Jurnalistlər üçün bu il evlərin hansı kriteriyalara uyğun veriləcəyi hələlik məlum deyil. Bunlar müəyyənləşəndən sonra elan olunacaq və ev üçün namizəd olan jurnalistlərin siyahısı bəlli olacaq”.

Bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

O, həmçinin vurğulayıb ki, binanın tikintisi hazırda davam edir: “Hər şey qaydasındadır. Binanın ilin sonuna təhvil verilməsi planlaşdırılır”.

Məlumat üçün bildirək ki, yeni tikilən binanın 17 mərtəbəsi, 3 bloku və 255 mənzili olacaq.

2013-cü ildə jurnalistlər üçün verilən binada isə 156 mənzil olub.

Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il iyulun 22-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb(virtualaz.org).

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın