Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / İcra başçısının qardaşından niyə şikayətlənirlər? – İlginc iddia

İcra başçısının qardaşından niyə şikayətlənirlər? – İlginc iddia

Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılova cinayət işi açıla bilər. 

Bu barədə AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır.

Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər.

AzMedia.infonu məlumatlandıran mənbənin bildirdiyinə görə, icra başçısının qardaşının oyununa tuş olan vətəndaşların sayı 50 nəfərdən çoxdur. Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu olduğu bildirilir. Həmin şəxslər pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər. Əvvəlcə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova şikayət edərək qardaşının dələduzluğunu anladan şikayətçilər pullarını geri ala bilmədikləri üçün son çarəni məsələni prezidentin diqqətinə çatdırmaqda görürlər. 

Məlumatlarda o da vurğulanır ki, şikayətçilər hətta bir müddət əvvəl Qaradağ rayon İcra Hakimiyyətində də olublar. Onlar Süleyman Mikayılovla görüşərək, ona qardaşı ilə bağlı şikayət etmək istəyiblər. Lakin qəbul otağında qalmaqal yaşanıb. Belə ki, icra başçısı qardaşı ilə bağlı şikayətə gələnləri binadan qovdurub. Bu da camaatın narazılığına və qəzəbinə səbəb olub. Onlar da bir müddət İcra Hakimiyyətinin binası qarşısında dayanaraq, etirazlarını uca səslə bildirməyə başlayıblar. Əraziyə polis çağırıldıqdan sonra ortalığı sakitləşdirmək mümkün olub. mümkün olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın