Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / Gülən istedadlı uşaqları tələyə belə salıb

Gülən istedadlı uşaqları tələyə belə salıb

FETÖ-nun istedadlı uşaqları necə tələyə salması barədə məlumat yayılıb.

 

Axar.az xəbər verir ki, təşkilat əvvəlcə səviyyə təyinetmə imtahanında uğurlu nəticə göstərən şagirdləri izləməyə başlayıb. FETÖ-nun tabeliyindəki müəllimlər müəyyənləşdirdikləri istedadlı və bacarıqlı uşaqların ailələri ilə tanış olmaq üçün onların evlərinə gedib. Bu üsulla ailələr ilə yaxın münasibət quran təşkilat üzvləri ailələri xaricdəki məktəblər haqda məlumatlandırıb.

 

Məktəblərin “7 ulduz”lu olduğunu deyən müəllimlər valideynlərə övladlarının dünyanın ən yaxşı universiteti hesab olunan Harvard Universitetində təhsil alacağını deyərək təsir ediblər. Beləliklə, Türkiyənin hər yerindən istedadlı uşaqlar Amerikaya aparılıb.

 

Şagirdlərin vizası çox qısa müddətdə hazır olub.

 

Bəzi ailələr 2013 – 17-25 dekabr hadisələrindən sonra övladlarının Amerikadan geri dönməsini istəyiblər.

 

Ancaq təqaüdçü olduğu bildirilən şagirdlərin ailələrinə böyük miqdarda borc hesabı çıxarılıb. Şagirdlərə böyük əmək sərf etdiklərini və o uşaqlar üzərində hədəfləri olduqlarını, bu səbəbdən də onları göndərməyəcəklərini ailələrə çatdırıblar.

 

Uşaqlarını FETÖ məktəblərindən uzaqlardıra bilən bəzi ailələrə “övladınız Türkiyədə oxumayacaq” kimi ismarıclar verilib.

 

Həmçinin Hakan Şükür və Enas Qantərin uşaqları təsir altında saxlamaq üçün təşkilatın evlərində yaşadıqları bildirilib.

Həmçinin oxuyun

“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” – İTTİHAM

Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.Bu barədə “Report”a məlumat …

Bir cavab yazın