Şənbə , Yanvar 16 2021
Ana səhifə / Gündəm / Faiq Əmirli Gülənin Azərbaycandakı imamıdır?

Faiq Əmirli Gülənin Azərbaycandakı imamıdır?

Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində saxlanma ittihamı təqsirləndirilən şəxsə dəyişdirilib.

“ Azinforum.az ” ın Lent.az-a istinadən məlumatına görə, yeni ittihamda F. Əmirli dini ayinlərin icrası zamanı vətəndaşları iğtişaşa sövq etmə və ya onların hüquqlarına qəsd etmədə təqsirli bilinir.

O da bildirilir ki, ittiham aktında F.Əmirli Fətullah Gülən Hərəkatının Azərbaycandakı imamı kimi təqdim olunur.

Xatırladaq ki, F.Əmirli maşınından Gülenə aid kitab və CD-lər çıxarıldığı üçün şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin oxuyun

“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” – İTTİHAM

Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.Bu barədə “Report”a məlumat …

Bir cavab yazın