Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Gündəm / Erməni daşnak zabitinin hesabatı – Dəhşət

Erməni daşnak zabitinin hesabatı – Dəhşət

Arxivlərdə erməni yalanlarını ortaya çıxarmaq üçün xeyli sənədlər mövcuddur. Özü də bu sənədləri imzalayan şəxslərin əksəriyyəti qeyri-türklərdir.

 

Axar.az xəbər verir ki, belə sənədlər içərisində türkiyəli araşdırmaçı Məhməd Pərincəyin Rusiya dövlət arxivlərindən üzə çıxardığı materiallar maraq doğurur.

 

Burada bir daşnak zabitinin türkləri necə qırdığı barədə kiçik qeydlər yer alıb. Erməni quldurunun tək bu hesabatı “erməni soyqırımı” deyib, haray çəkən Avropa başbilənlərinə ən tutarlı cavabdır. Sadəcə, maraqlarına uyğun gəlmədiyindən bu tarixi faktları, hələ ki, görmək istəmirlər.

 

Admiral.az danşnak zabitinin 1920-ci ildə Bəyazit bölgəsindən yazdığı həmin hesabatı təqdim edir:

 

“Basar-Keçərdəki türk əhalisini bir-birindən ayırmadan məhv etdim. Bəzən güllələr heyf olmasın deyə, bu köpəklərin döyüşdən sonra sağ qalanlarını bir yerə yığıb quyuların içinə dolduraraq ağır daşlarla əzmək lazım gəlir. Mən də elə etdim. Bütün kişiləri, qadınları və uşaqları toplayıb quyulara doldurdum, sonra da ağır daşlarla əzərək canlarını aldım “.

 

(Mənbə: A.A.Lalayan, “Kontrrevolyutsionnaya Rol Partii Daşnaksutyun”, İstoriçeskie Zapiski, No. 2, s. 101, 1928; A.A.Lalayan, “Kontrrevolyutsionnıy “Daşnaktsutyun” İmperialistiçeskaya Voyna 1914-1918 qq.”, Revolyutsionnıy Vostok, No.2-3, s. 92 vd, 1936.)

Həmçinin oxuyun

Narazı vətəndaşın ümidi nazirə qalıb… – GİLEY

Dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulu mənimsənilən Atayeva Vüsalə Arif qızı Rubrika.Az saytına müraciət …

Bir cavab yazın