Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / Bakı Baytarlıq İdarəsinin müdiri Aslan Aslanov özünə sərf edən şəkildə fəaliyyət göstərir

Bakı Baytarlıq İdarəsinin müdiri Aslan Aslanov özünə sərf edən şəkildə fəaliyyət göstərir

Ölkədə ət və ət məhsulları satışıyla məşğul olan dükanların sayı günü-gündən çoxalır. Lakin paytaxtda ət satışını həyata keçirən dükanların fəaliyyətində zaman-zaman nöqsanlar ortaya çıxır. Təəssüf ki, mənşəyi bəlli olmayan, xəstə heyvanları bölgələrdən gətirib paytaxtda kəsib satırlar. Bütün bunlardan xəbərsiz olan paytaxt sakinləri də mənşəyi bəlli olmayan ətləri alaraq fırıldaqçıların qurbanına çevrilirlər.

Təəssüf ki, bu kimi hallar tez-tez baş verir. Lakin istehlakçılar bunları yaddan çıxarıb bu cür ətləri alırlar.
Ona görə də ölkədə xəstəliklərin sayı günü-gündən artmaqda davam edir. Təəssüf ki, bu sahəyə nəzarət həddindən artıq zəifdir. Xüsusilə də isti havalarda paytaxtda fəaliyyət göstərən sallaqxanaların fəaliyyətinə xüsusi nəzarət edilməli halda, müvafiq qurumlar sanki qış yuxusuna gediblər. Qeyd edək ki, bu sahəyə nəzarət Bakı Şəhər Dövlət Baytarlıq Nəzarəti Xidməti həyata keçirir. Lakin bu qurumun hansısa işlər gördüyünü demək mümkün deyil. Ümumiyyətlə, bu gün Bakı Şəhər Baytarlıq Nəzarəti Xidmətinin rəisi Aslan Aslanovun fəaliyyəti heç də qənaətbəxş hesab edilmir. Buna görə də, bu sahədə problemlər bitib-tükənmək bilmir. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Aslan Aslanovun idarəyə rəis keçməsindən sonra paytaxtdakı ət bazarlarında xəstə heyvan ətinin satışı halları artıb. Bazarlarda mənşəyi bəlli olmayan, xəstə heyvan əti satılır. Lakin sözügedən idarənin baytar həkimləri bazarlarda satışa çıxarılan ətin sağlam olmasıyla bağlı arayış verirlər. Təəssüf ki, idarənin baytar həkimləri həmin arayışı nəyinsə müqabilində verirlər. Bizə verilən məlumata görə, baytar həkimlər heç bir yoxlama aparmadan arayış verirlər. Bu birbaşa vətəndaşların aldadılması deməkdir. İstehlakçıların hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu gün istehlakçılar hüquqlarını dərindən bilmədiklərinə görə, özlərini müdafiə edə bilmirlər.
Qanuna əsasən, Bakı Şəhər Baytarlıq İdarəsi hər gün satılacaq heyvanın ətindən nümunə götürərək ətin sağlam olub-olmaması haqda rəy bildirməlidir. Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, bu gün baytarlıq idarəsinin rəisi başda olmaqla rəhbərlik etdiyi qurumun bütün işçiləri qanunları kobud şəkildə pozur. İstehlakçıların hüquqlarını tapdalayırlar. Vətəndaşların sağlamlığını təhlükə altına qoyurlar. Aslan Aslanov həm vəzifəsindən, həm də istehlakçıların hüquqlarını bilməməsindən istifadə edərək özünə sərf edən şəkildə fəaliyyət göstərir.
Bu gün paytaxt sakinlərinin çoxu ət kəsimi məntəqələrinə daha çox güvənir. Hesab edirlər ki, ət kəsimi yerlərində kəsilən heyvan ətini almaq daha yaxşıdır. Lakin ət kəsimi yerlərinə də etibar etmək düzgün deyil. Çünki orada kəsilən heyvanların da sağlam olması şübhə altındadır. Bizə verilən məlumata görə, orada kəsilən heyvanların əksəriyyəti xəstə heyvanlar olurlar. Hətta sallaqxanalarda antisanitariya hökm sürür. Kəsilmiş ətlər saatlarla günün altında qalır. Hətta nəzərə alsaq ki, ət kəsimi yerlərinin əksəriyyəti yol qırağında yerləşir, o zaman yoldan ötən avtomobillərin yaratdığı toz ətin üzərinə hopur. Bu da ətə infeksiyanın keçməsini asanlaşdırır.
Əksər sallaqxanalarda it, pişik kimi heyvanlar ətin saxlandığı hissədə gəzir, ət kötüklərinin üzərinə çıxır. Baytar həkimlər bu mənzərələri müşahidə etsələr də, göz yumurlar. Çünki ət dükanlarının sahibləri, qəssablar onlara istədiklərini artıqlaması ilə verirlər. Buna görə də bu sahədə problemlər bitib-tükənmək bilmir. Aslan Aslanov şəhərin bütün qəssabxanalarını və ət bazarını öz nəzarəti altında saxlayır. Təəssüf ki, bu sahədə vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Aslan Aslanov öz bildiyini etdiyi üçün bu sahədə problemlər artmaqda davam edir. Yəqin ki, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə Rüstəmova yazdığımız məsələləri araşdırıb idarə rəisinin barəsində ölçü götürəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın