Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Gündəm / “Azadlıq” qəzetinin əməkdaşları Nəşriyyata niyə buraxılmadı?

“Azadlıq” qəzetinin əməkdaşları Nəşriyyata niyə buraxılmadı?

Dünən “Azadlıq” qəzetinin əməkdaşları səhər saatlarından etibarən nəşriyyatda yerləşən ofislərinə buraxılmayıb.  Nəşriyyatdan bildirilib ki, qəzetin onlara 18 min manatdan çox burcu var.  Qəzet borcu ödəndikdən sonra redkasiyaya buraxılacaq. Günorta saatlarından sonra isə qəzetin işçiləri redaksiyaya buraxılıb. Bu barədə “Azadlıq” qəzetində çalışan jurnalist Xalid Qarayev Moderator.az-a məlumat verib:
“Səhər saatlarında biz redaksiyaya gələndə borcumuzun olduğunu bildirib bizi redaksiyaya buraxmadılar. Belə hallar tez-tez baş verib. Bizə bildirirlər ki, 18 min borcumuz var. Qasidin də “Azadlıq” qəzetinə 70 min borcu var o haqda heç kim bir söz demir. Günortadan sonra biz redaksiyaya keçib qəzeti çapa hazırlaya bildik. Mən belə hesab edirəm ki, dünənki hadisə bizim 15 iyun qeyri işi günündə işləməyimizlə bağlı idi. Görünür, bizim həmin gündə işləməyimiz kimlərinsə xoşuna gəlməyib.”

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın