Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Azərbaycanda boşanmaların 10 faizdən çoxu sonsuzluğa görə baş verir – RƏSMİ

Azərbaycanda boşanmaların 10 faizdən çoxu sonsuzluğa görə baş verir – RƏSMİ

“Azərbaycanda boşanmaların artmasında sonsuzluğun xüsusi rolu var. Apardığımız araşdırmalar göstərir ki, boşanmaların təxminən 10-12 faizi sonsuzluq üzündən baş verir. Yəni ildə təxminən 1000, 1200 ailə uşaqları dünyaya gəlmədiyinə görə dağılır”.

 

Bunu Aile.lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, Azərbaycanda ailələrin uşaq dünyaya gəlməməsi ucbatından dağılması boşanmaların baş vermə səbəblərində də öz əksini tapır: “Dağılan ailələrin çoxu boşanmanın səbəbini gizlədir. Boşanma üçün müraciət edənlərin 8 mindən çoxu səbəbi gizli saxlayır. Amma sözsüz ki, bu statistikada zorakılıq, xəyanət və sair səbəblərlə yanaşı sonsuzluq amili də var. Reallıq odur ki, bizdə ailələrin çoxu məhz uşağın dünyaya gəlməsi üçün qurulur. Uşaq olmayan ailə tam ailə hesab olunmur. Sonsuzluq olduqda isə ailə dağılır”.

 

E. Səfərov boşanmaların sayının artmasının qarşısını almağın bir yolunun da məhz sonsuzluğun qarşısını almaq olduğunu söyləyir.

 

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Aile.lent.az-a açıqlamasında söyləyib ki, sonsuzluğun qarşısının alınması üçün Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin qəbul olunması vacibdir. M. Quliyev deyir ki, bu qanunun qəbulu həm də əhali arasında sonsuzluğun qarşısını almaq məqsədi daşıyır: “”Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin qəbulu sonsuzuqla bağlı statistikanı daha da aşağı salacaq. Çox güman ki, bu qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq”.

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın