Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Gündəm / Azərbaycanda ət niyə bahalaşıb? – NAZİRLİK SƏBƏBİ TAPIB

Azərbaycanda ət niyə bahalaşıb? – NAZİRLİK SƏBƏBİ TAPIB

Azərbaycanda ətin qiyməti bahalaşıb. Lent.az-ın məlumatına görə, şəhərin müxtəlif yerlərində ət satışı ilə məşğul olan dükkanlarda mal ətinin kilosu 10 manatdan 12 manata qalxıb. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi isə nədənsə bu qiymət artımını görməzdən gəlir.

Məsələ ilə bağlı Lent.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, Azərbaycanda ət bahalaşmayıb: “Mal ətinin qiyməti 10 manatdır və stabil olaraq qalır. Ölkədə ət istehsalında artım dinamikası müşahidə olunur. Ola bilsin ki, bəzi yerlərdə mal ətinin qiyməti 11 manat olsun. Bu da mövsümi xarakter daşıyır. Həmişə mövsümün bu vaxtında ətin qiymətində müəyyən qədər artım müşahidə edilir. Elə bir ciddi problem yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, Bakıda və Sumqayıtda hər həftənin şənbə-bazar günləri təşkil edilən yarmarkalarda heyvan mənşəli məhsulların qiymətləri dəyişməyib: “Yarmarkada uzun müddətdir ki, mal ətinin qiyməti 6,5-8 manat arasında dəyişir. Həmin yarmarkalarda satılan ət məhsulları nəzarət-toksikologiya laboratoriyası və Baytarlıq Nəzarət Xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələrdən keçirilib və təmiz ətlərdir. Keyfiyyətinə söz ola bilməz . Yarmarkalarda mütəmadi olaraq reydlər keçirilir və Novruz bayramında da keçiriləcək”.

İqtisadiyyat Nazirliyindən isə Lent.az-a bildirilib ki, bazarda süni qiymət artımı hallarının olmamağı üçün daima nəzarət tədbirləri həyata keçirilir.

Onu da bildirək ki, Bakıda və Sumqayıtda satış yarmarkaları hər həftənin şənbə və bazar günləri aşağıdakı ünvanlarda təşkil edilir:

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

– köhnə avtovağzalın yanı

Bakı şəhəri üzrə (5 rayon) :

Xətai rayonu, Əhmədli qəsəbəsi, Bakı kinoteatrının yanı

Nərimanov rayonu, Keşlə bazarının yanı

Binəqədi rayonu, Elit ticarət mərkəzinin arxası

Suraxanı rayonu, Əmircan qəsəbəsində

Səbail rayonu, Badamdar qəsəbəsində

Həmçinin oxuyun

Arif Hacılı saxlanıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb. Unikal.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının …

Bir cavab yazın