Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Gündəm / Ağdaş Dövlət Humanitar Kollecində təhsil vermirlər, pul yığırlar 

Ağdaş Dövlət Humanitar Kollecində təhsil vermirlər, pul yığırlar 

Facebook sosial şəbəkəsində Ağdaş Humanitar Kollecində baş verən özbaşınalıqlarla bağlı məlumat yayılıb.

“Ağdaş Dövlət Humanitar Kollecində tələbələrlə rəhbərlik arasında gərginlik baş qaldırıb. Direktorun təlimatı əsasında imtahan sessiyasında tələbələrdən pul tələb edilməsi ortalığı qarışdırıb. Əgər əvvəlki dönəmlərdə oxuyanlardan pul istənilmirdisə, bu ildən etibarən heç kimə məhəl qoymurlar. Direktorun təlimatına
əsasən hazırda hər imtahanın qiyməti 50 manat olub. Bəzi imtahanlar isə hətta 100 manata qədər qaldırılıb”.

Dia.az bildirir ki, daha sonra məlumatda qeyd olunur: “Ağdaş Dövlət Humanitar Kollecində müəllimlərlə aralarında yaranmış narazılığı həll etmək mümkün olmayıb.
Onlar israrla pul tələblərinin dayandırılmasını istəyirlər. Hamının vəziyyəti məlumdur. Bizim o qədər pulumuz yoxdur ki, imtahanlarımızı yazdıraq. Oxumaq istəyirik, dərs deyən yoxdur. Nə öyrəndiyimizi özümüz də bilmirik. Müəllimlərə etiraz edəndə də deyirlər ki, bildiyinizi edin”.

Qeyd edək ki, Ağdaş Dövlət Humanitar Kollecində tələbələrlə müəllimlər arasında pul qalmaqalı bir müddət əvvəl də yaranmışdı. Ötən sessiyalarda baş qaldırmış problemi valideynlər araya girdikdən sonra həll etmək mümkün olmuşdu. Lakin bu dəfə kollecin direktoru birmənalı bildirib ki, pul yığılmalıdır və başqa yolu da yoxdur. Heç kimə güzəşt də edilməyəcək. Tələbələr belə davam edərsə, qısa müddətdə direktorun qəbuluna gedərək, onunla görüşməyə çalışacaqlar. Bu da baş
tutmadıqda etirazlara başlayacaqlarını vurğulayıblar.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın