Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Gündəm / Ağalar Vəliyevə aid olduğu bildirilən çoxqübbəli villanın tikintisi yarımçıq qaldı

Ağalar Vəliyevə aid olduğu bildirilən çoxqübbəli villanın tikintisi yarımçıq qaldı

Milli Məclisin deputatı, “Azəraqrartikinti” ASC İdarə Heyətinin sədri Ağalar Vəliyevin Bakıətrafı kəndlərdən birində dənizdən 500 metr məsafədə özünə ölkədə analoqu olmayan coxqübbəli çoxmilyonluq villa tikintisinə start verdiyi barədə Gundelik-Baku.com-un ötən saylarında məlumat getmişdi. Villada son tamamlama işlərinin aparıldığını qeyd edmişdik. Bu məqsədlə bir sıra Avropa, Şərq və qədim Çin memarlıq mədəniyyətinin bilicilərinin layihənin tikintisinə cəlb olunduğuna diqqət yetirilmişdi. Ağalar müəllimin yeni villasının görüntüləri həqiqətən möhtəşəmdir. Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin tikintisinin yarımçıq qalması barədə yeni xəbər almışıq. Hər halda Ağalar Vəliyevin gerçəkləşdirmək istədiyi bu cazibədar layihə əsl sənət əsəri adlandırılmağa layiqdir. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalı iş icraçılarından birinin fikirləri əsasında irəli sürülmüşdü. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub. Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanından əldə edilmiş balina və delfinlərin paytaxtımıza gətirilməsinə hazırlıq işləri görülmüşdü. Bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin çoxqübbəli villasının tikintisinə cəlb edilən vəsaitlərin nədənsə birdən-birə kəsilməsi müəyyən suallar doğura bilər. Ola bilsin ki, Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün tikintisində istifadə olunmuş maliyyə mənbəyi barədə daha səhih məlumatlara malikdir.Dşünürük ki, villanın tkintisinin dayandırılması millət vəkilinin müəyyən maliyyə problemləri ilə əlaqədar ola bilər. Belə ki, hazırda “Azəraqrartikinti” ASC tərəfindən gerçəkləşdirilən layihələrin tam əksəriyyəti eyni vəziyyətlə üzləşib. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın