Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm /

38 saylı Uşaq Bağçasında bir uşağı “neçəyə” qəbul edirlər? – AUDİO

38 saylı Uşaq Bağçasında bir uşağı “neçəyə” qəbul edirlər? – AUDİO

Hacıbala Abutalıbov şikayətçi valideynlərlə görüşmək istəmir?

 38 saylı Uşaq Bağçasında tibb bacısı valideynlərlə “qiymət”lərlə bağlı danışıqlar aparır?

Oktyabrın 28-də Qafqaznews.az saytında ““Hacıbala Abutalıbovun övladı da dəmir xətkeşlə döyülsəydi, nə edərdi?”” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, övladının bu il sentyabrın 8-də 38 saylı Uşaq Bağçasında dəmir xətkeşlə döyülməsindən şikayətlənən Aytən Hüseynova həm Bakı Şəhər İcra Hakimiyyətinə və Yasamal RPİ-yə müraciət etdiyini və hələ bir tədbir görülmdədiyini, üstəlik də kamera yazısının gizlədildiyini qeyd edib. Bu yazının dərcindən sonra, noyabrın 2-də Qafqaz Xəbər Agentliyi ilə əlaqə saxlayan Bakı sakini İlahə Qasımova bildirdi ki, uzun müddətdir övladını 38 saylı Uşaq Bağçasına qoymağa çalışırdı.

“Dəfələrlə bağçaya getmişdim, məni içəri buraxmamışdılar. Nəhayət, sentyabrın sonunda bağçanın tibb bacısı Sakitə xanımla danışdım. Mənə dedi ki, rəhbərliklə danışıb mənə xəbər verəcək. Amma onun sözlərinə görə, əvvəlcədən 250-300 manat pul verməli, hər ay da 50-60 manat da “aylıq” ödəməliydim. Həmin söhbətin səs yazısı da var”, – deyə İ.Qasımova bildirdi.

İlahə Qasımova Qafqaznews.az-a səs yazısı da təqdim etdi. Həmin səs yazısında İ.Qasımovanın dedikləri öz təsdiqini tapdı… Məsələn, səs yazısında hətta “öyrəndik” ki, sən demə, 38 saylı Uşaq Bağçasında “kvota”dan artıq uşaq götürülməsi xüsusi tapşırıq əsasında olurmuş və yoxlama zamanı da uşaqların saydan artıq olmasını məhz belə izah edirlərmiş: “Bu filankəsin uşağıdır, o isə bəhmankəsin”.

Həmçinin, səs yazısında maraqlı bir məqam da diqqəti çəkir ki, Sakitə adlı tib bacısı hər hansı səlahiyyət sahibi deyil və tez-tez direktorla danışacağını bildirir. Əlbəttə ki, bu gün ölkə mətbuatında bu və digər bağçalarla bağlı çox şikayətlər dərc olunur. Bağçalardakı “aylıq” yığımları haqda hətta bir çox deputatların da dilindən eşitmək olar… Amma nə sirrdirsə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hələ də bir tədbir görülməyib. Biz adıkeçən tibb bacısı Sakitə xanımla əlaqə saxladıq, lakin o, bizimlə danışmaq istəmədi: “Xahiş edirəm, mənə bir də zəng etməyin”. Qafqaznews.az-ın əməkdaşı 38 saylı bağçanın direktoru Sədaqət Qəribova ilə də əlaqə yaratçağa çalışdı, lakin bağça direktoru zənglərə cavab vermədi. Məsələ ilə bağlı Bakı Şəhər Körpələr Evləri və Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinə dəfələrlə zəng etsək də, cəhdlərimiz boşa çıxdı. Qeyd edək ki, 38 saylı bağçanın direktoru Sədaqət Qəribova ilə münaqişəsinə görə işdən çıxarılan tərbiyəçi Aynur Mahmudovanın işinə bərpa olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub.

“Məhkəmə noyabrın 8-də baş tutacaq. Valideynlər Eldar Yunusovun qəbulunda olmuşdu, amma E.Yunusov onlara deyib ki, bu nə qədər məhkəmə qətnaməsi var, işdən çıxardığımız heç kimi yerinə bərpa etmirik. Sədaqət Qəribova da nəyəsə və ya kiməsə güvənərək tərbiyəçilərin yanında deyib ki, Aynur Mahmudova heç vaxt bura qayıtmayacaq. Mən və şikayətçi valideynlər dəfələrlə Bakı meri Hacıbala Abutalıbovun qəbuluna yazılmaq istədik, amma bizə imkan vermədilər. Dedilər ki, bu işlərə Eldar Yunusov baxır. Çox güman ki, elə həqiqətən də, bu işlərin arxasında Eldar Yunusov durur.

Xahiş edirəm, Hacıbala Abutolıbovla görüşüb ona həqiqətləri çatdırmağımıza yardımçı olun”, – deyə A.Mahmudova bildirib.

 


Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın