Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Gündəm / 33 kiloqram qızılın arxasında hansı məmur var?

33 kiloqram qızılın arxasında hansı məmur var?

Ötən gün Türkiyənin hüquq-mühafizə qurumları Azərbaycandan bu ölkəyə xalis qızıl külçə aparan şəxslərin saxlanması haqda xəbər vermişdik.

“Qafqazinfo” xəbər verir ki, məlumatada İstanbulda Azərbaycan dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə aşkar edildiyi bildirilirdi. Əməliyyat zamanı adları gizli saxlanılan 30 və 32 yaşlarında iki nəfər saxlanıb.

Azadliq.info yazır ki, Azərbaycanda maliyyə böhranı başlayandan qeyri-rəsmi ölkədən valyuta çıxarılmasına qadağa qoyulub. Lakin bu qadağaya əməl etməyənlər də var. Və onlar əksər hallarda valyutanı qızıl, yaxud da briliant şəklində ölkədən çıxarmağa cəhd edir. Ekspertlər bildirir ki, bu hadisə də ölkədən valyuta çıxarılmasına cəhddir. “Türkiyədə qızıl Azərbaycandan daha ucuzdur. Bu baxımdan Azərbaycandan ora qızıl aparıb satmaq inandırıcı görünmür. Görünür, həmin şəxslər pullarını bu şəkildə ölkədən çıxarmağa çalışıblar”.

Sayt yazır ki, Azərbaycanda 1 kiloqram qızılın qiyməti 36 min dollardır. 33 kiloqram qızıl isə 1 milyon 188 min dollar edir. Ekspertlər güman edir ki, bu işin arxasında hansısa məmur dayanır. “Həm tutulan şəxslərin adlarının açıqlanmaması, həm də qızılın çox olması işin arxasında hansısa məmurun dayandığı barədə şübhələr yaradır”, – deyə ekspertlər vurğulayıb.

 

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın