Ana səhifə / Gündəm /  Əlövsət Əliyev generalın ailəsinin qaçmasına yardım etdiyini təsdiqləyir

 Əlövsət Əliyev generalın ailəsinin qaçmasına yardım etdiyini təsdiqləyir

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, hazırda Almaniyada mühacirətdə olan Əlövsət Əliyev Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşının və dörd azyaşlı qızının ölkədən qaçmasına yardım göstərdiyini təsdiqləyib.

Azinforum.az saytı xəbər verir ki, Əlövsət Əliyev bu qalmaqala dair keçirilən məhkəmə prosesinin materiallarına istinadən saytımızda dərc olunmuş sensasion xəbərlə bağlı Almaniyadan yaydığı bəyanatında bildirir.

Xatırladaq ki, generalın ailəsinin ölkədən qaçmasına yardım göstərən şəxslər barəsində qaldırılmış cinayət işində deputat Sabir Rüstəmxanlının qardaşı Ə.Əliyevin də adı keçir.

İstintaq materiallarına əsasən Ə.Əliyev generalın azyaşlı uşaqlarına saxta sənəd düzəldilməsini təşkil edib və onların ölkədən çıxmasına yardım göstərib. Ehtimal olunur ki, onun ölkədən qaçmasına və özünü Almaniyada siyasi mühacir kimi qələmə verərək sığınacaq almasına da məhz bu qalmaqal səbəb olub.

Ə.Əliyev bu işdə fiqurant kimi yer alması ilə bağlı deyib ki, onun rəhbərlik etdiyi Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) əsas nizamnamə fəaliyyətlərindən biri miqrasiya ilə bağlı müraciət edənlərə pulsuz məsləhətlərin verilməsi olub.

“Təqribən 2014-cü ilin yanvar ayında (ola bilsin daha əvvəl olub) Gülnarə Şəkinskaya adlı xanım AMM rəhbəri kimi mənə müraciət edib və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirib, özünün iştirakı olmadan uşaqları ilə ərinin görüşməsi haqqında məhkəmə qərarını (baxmayaraq ki, ərinin uşaqları ilə görüşməsinə heç bir maneçilik törədilməyib və istədiyi gün və günün istənilən vaxtı uşaqları ilə görüşüb), eyni zamanda məcburi olaraq ruhi-əsəb xəstəlikləri dispanserinə aparılmasını bildirib və oradan ona verilmiş tibbi sənədləri mənə təqdim edib” – Ə.Əliyev bildirib.

Ə.Əliyevin bildirdiyinə görə, o, Gülnarə Şəkinskaya xaricdə qaçqın statusu almağın yollarını başa salıb, bunun üçün hansı əsaslar lazım olduğunu deyib.

“Aprelin əvvəllərində Gülnarə xanım mənə zəng etdi və Gürcüstanda olduğunu bildirdi. Ona verdiyim məsləhət üçün təşəkkür etdi. Xahiş etdi ki, ona baş verənlərlə bağlı bir dəstək məktubu göndərim. Mən də göndərdim. Bu qədər”-Ə.Əliyev deyib.

Məlum olur ki, Əlövsət Əliyev bundan əvvəl Gülnarə Şəkinskayanın bacısının və qardaşının da ölkədən çıxmasına yardım edib.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın