Ana səhifə / Dünya / Ərdoğan: “Ukrayna ilə Rusiya arasında sülh üçün səylərimizi davam etdirəcəyik”

Ərdoğan: “Ukrayna ilə Rusiya arasında sülh üçün səylərimizi davam etdirəcəyik”

Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün diplomatik səylərini davam etdirəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib. 

O, bir gün əvvəl İstanbulda imzalanmış taxıl dəhlizinə dair sazişin əhəmiyyətinə də diqqət çəkib.

Ərdoğan qeyd edib ki, Ukrayna taxılının yaxın günlərdə başlayacaq dəniz daşımaları sayəsində Türkiyə qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcək.

“Dünən İstanbulda mühüm uğur əldə edildi. Ukraynanın anbarlarında saxlanılan taxılın Qara dəniz vasitəsilə ixracına dair saziş imzalandı. Mərasimdə BMT-nin baş katibi Antonio Quterreş də iştirak etdi. Ukrayna və Rusiya arasında sülh təmin olunana qədər diplomatik səyləri davam etdirmək əzmindəyik. Biz müxtəlif kanallar, o cümlədən liderlər səviyyəsində apardığımız danışıqların nəticələrilə bağlı tezliklə müsbət xəbərlərə ümid edirik”, – deyə o, bildirib.//Oxu.az

Həmçinin oxuyun

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici …