Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Xameneyi Ruhaniyə ABŞ rəsmiləri ilə görüşməməyi tapşırdı

Xameneyi Ruhaniyə ABŞ rəsmiləri ilə görüşməməyi tapşırdı

İranın ali dini lideri Ayətulla Əli Xameneyi bu gün prezident Həsən Ruhani və onun Nazirlər Kabinetinin üzvləri ilə görüş keçirərək, ölkədəki iqtisadi problemləri yoluna qoymaq üçün hökumətə daha səylə, gündüz və gecə dayanmadan işləməyi tövsiyyə edib.
Bu barədə İranın ali dini liderinin rəsmi saytında məlumat yerləşdirilib.
“Biz iqtisadi sahədə güclü olmalıyıq. Problemləri həll etmək üçün hökumət rəsmiləri gündüz və gecə dayanmadan işləməlidirlər”, – deyə Xameneyi bildirib.

ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxmasından sonra sənədin gələcəyilə bağlı məsələyə toxunan Xameneyi bəyan edib ki, “Nüvə razılaşması məqsəd yox, vasitədir. Əgər görsək ki, bu saziş daha İranın maraqlarına cavab vermir, biz də razılaşmanı tərk edəcəyik”.

İranın ali dini lideri, həmçinin Tehrana nüvə sazişinin qorunub saxlanması yönündə Avropaya ümid bəsləməməyi məsləhət görüb. O, vurğulayıb ki, İran özünün nüvə proqramı üzrə yeni razılaşmanın əldə olunması üçün ABŞ-ın “ədəbsiz” rəsmilərilə heç bir səviyyədə danışıqlar aparmayacaq.  (AzVision.az )

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …