Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / “Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var” – Çavuşoğlu

“Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var” – Çavuşoğlu

Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv-100” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu rəqəm BMT-nin rəsmi məlumatıdır və “Millət İttifaqı”nın prezident seçkilərində namizədi Kamal Kılıçdaroğlunun ölkə ərazisində 10 milyon suriyalı miqrantın mövcudluğuna dair açıqlaması yalandır.

Çavuşoğlu əlavə edib ki, Türkiyə artıq 500 mindən çox suriyalı miqrantı geri göndərib və bir qisminin də vətəninə dönməsi üçün Suriya tərəfi ilə danışıqlar aparır.

Nazir, həmçinin Türkiyə və Suriya liderlərinin görüşünə dair işlərin də davam etdiyini vurğulayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …