Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Türkiyə Prezidentinin sözçüsü: “Putin Qərblə böyük müqavilə imzalamaq istəyir”

Türkiyə Prezidentinin sözçüsü: “Putin Qərblə böyük müqavilə imzalamaq istəyir”

Türkiyə Rusiya Prezidenti Vladimir Putinin Qərblə yeni müqavilə bağlamaq istəyini anlayır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın CNN telekanalına müsahibəsində deyib.

Kalının sözlərinə görə, Kreml hesab edir ki, sabiq prezidentlər M.Qorbaçov və B.Yeltsinin dövründə imzalanmış sazişlər mövcud vəziyyəti əks etdirmir və ona görə də Rusiya yeni müqavilə bağlamaq istəyir.

“Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların bərpası ehtimalının olduğuna inanır. Əsas məsələ bunun nə vaxt baş tutacağı və ondan əvvəl nə qədər zərərin olacağıdır”, – Ərdoğanın sözçüsü vurğulayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …